
BAKI, 11 mart. TELEQRAF
Test üsulu, yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək ilkin tədris kursunu, xarici ölkədə təlim səfərində olub, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş hakimliyə namizədlərlə Hakimlərin Seçki Komitəsi tərəfindən yekun müsahibə keçirilib.
Hakimlərin Seçki Komitəsindən Teleqraf-a verilən məlumata görə, yekun müsahibədə namizədlərin uzunmüddətli tədris kursunun proqramını mənimsəmə səviyyəsi, onların hüquq sahəsində nəzəri və praktiki biliklərini tətbiq etmək bacarığı və ümumi dünyagörüşü, hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsi Komitə tərəfindən qiymətləndirilməklə, 38 hakimliyə namizəd yekun müsahibədə müvəffəqiyyət qazanıb, onların qiymətləndirilməsinin nəticələri və ixtisaslaşmaları barədə rəylər Məhkəmə-Hüquq Şurasına təqdim olunub.
Qanunvericiliyə uyğun olaraq 2025-ci il 18 mart tarixdə Məhkəmə-Hüquq Şurasının iclasında namizədlərlə söhbət və ixtisaslaşma aparılacaqdır.
Müsabiqədə uğur qazanmış hakimliyə namizədlərin siyahısı ilə buradan tanış ola bilərsiz
SİYAHISI