
BAKI, 7 fevral. TELEQRAF
Rusiyalı həkimlər konservləşdirilmiş yeməklərin kifinin qaraciyər xərçənginə səbəb ola biləcəyini bildirirlər.
Teleqraf xəbər verir ki, reabilitasiya həkimi Sergey Aqapkin və dietoloq Marina Makişa “Rossiya 1” kanalında yayımlanan “Ən mühüm şey haqqında” verilişinin efirində belə deyiblər.
Həkimlər kiflə konservləşdirilmiş qidaların xərçəngə səbəb ola biləcəyini bildiriblər.
Mütəxəssislər izah ediblər ki, konservləşdirilmiş qidalarda qara kif əmələ gələ bilər, onun tullantıları orqanizmdə yığılaraq qaraciyər xərçənginin bir növü olan hepatokarsinomaya səbəb olur. Həkimin sözlərinə görə, rayonların birində kiflənmiş məhsul səbəbindən bu onkoloji xəstəliyin kəskin epidemiyası aşkar edildikdən sonra bu qənaətə gəliblər.
Ekspertlər onu da bildiriblər ki, konservləşdirilmiş məhsulda kif aşkar edilərsə, sadəcə bakteriyaların təsir etdiyi parçanı kəsmək kifayət etməyəcək. Çünki bu zaman yalnız kiflənmiş hissə deyil, bütün məhsul istehlak üçün yararsız hala düşür.