GƏNCƏ, 6 fevral. TELEQRAF

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai prospektində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtmobil yolu keçmək istəyən Samux rayon Çobanabdallı kənd sakini 62 yaşlı Məmmədov Əbülfət Məcid oğlunu və onun həyat yoldaşı 1964 cü il təvəllüdlü Mətənət Məmmədovanı vurub. Hər iki şəxs yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Ə.Məmmədovun vəziyyəti ağır qiymətləndirilir. Hadisənin piyadanın sərnişin avtobusundan düşəndə baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma başlanılıb.

***

20:20

GƏNCƏ, 6 fevral. TELEQRAF

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai prospektində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtmobil yolu keçmək istəyən Samux rayon Çobanabdallı kənd sakini 62 yaşlı Məmmədov Əbülfət Məcid oğlunu vurub. Yaralı yaxınlıqdakı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Hadisənin piyadanın sərnişin avtobusundan düşəndə baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma başlanılıb.