BAKI, 6 fevral. TELEQRAF

Universitetlərin köçürülməsi konseptual məsələdə müzakirə olunur.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu istiqamətdə işlər görülür və təhlillər aparılır:

“Ancaq bu işin yaxın zamanda olacağını demək düzgün deyil. Çünki bu asan məsələ deyil”.