Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Gəncə şəhərində yerləşən yaşayış kompleksində intihar hadisəsi baş verib.

Teleqraf.com-un qərb bürosunun məlumatına görə, kompleksin binalarından birinin dəhlizində Ümid Əlizadə adlı şəxsin meyti aşkarlanıb.

Onun 22 yaşı olduğu bildirilir.

Meyit müayinə olunması üçün ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.