BAKI, 24 mart. TELEQRAF

Alimlər yüksək tezlikli ultrasəsin (microUS) prostat xərçənginin diaqnostikasında yeni standart ola biləcəyini düşünürlər.

Teleqraf xəbər verir ki, onun köməyi ilə aparılan biopsiya (sonrakı analiz üçün bədəndən hüceyrə və ya toxuma götürülməsi) MRT ilə aparılan biopsiya qədər dəqiq oldu. Bu kəşf xəstəliyin diaqnozunu əhəmiyyətli dərəcədə sürətləndirə, xəstəxanaya müraciətlərin sayını azalda və digər tibbi ehtiyaclar üçün resursları azad edə bilər.

Tədqiqatda Kanada, ABŞ və Avropadan olan 677 xəstə iştirak edib. Onların bəzilərində MRT, digərlərinə microUS, üçüncü qrupa isə hər iki üsuldan istifadə edərək biopsiya aparılıb. Tədqiqat nəticəsində müəyyən edilib ki, microUS prostat xərçəngini MRT biopsiyası ilə eyni dəqiqliklə aşkarlaya bilir.

MicroUS bir sıra üstünlüklər təklif edir: daha ucuzdur, istifadəsi asandır və xəstəxanaya bir neçə dəfə müraciət etməyi tələb etmir.