
BAKI, 14 mart. TELEQRAF
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrinə verilmiş göndərişlərin sayı artıb.
Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənədə əsasən, özəl tibb müəssisələrinə verilən göndərişlərin sayı 9,5 faiz artaraq 328,7 min ədəd olub.
Göndərişlərin 297,7 mini planlı, 31 mini isə təcili tibbi xidmətlərin göstərilməsi üçün verilib.
Ayrıca, Agentlik il ərzində 31 özəl tibb müəssisəsi ilə müqavilə bağlayıb. Əvvəlki illə müqayisədə müqavilə bağlanılan özəl tibb müəssisəsələrinin sayı 18 faiz artaraq 154-dən 185-ə yüksəlib.