
BAKI, 14 mart. TELEQRAF
2024-cü ildə ölkə əhalisinin 50 faizdən çoxu icbari tibbi sığortadan yararlanıb.
Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə qeyd olunub ki, il ərzində dövlət tibb müəssisələrinə 5 milyon 236 min 400 nəfər şəxs 24 milyondan çox müraciət edib.
Müraciətlərin 56 faizi rayonların, 44 faizi isə Bakının payna düşüb.
Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmətlərin sayı 83656,5 min təşkil edib. Tibbi xidmətlərin 87 faizi ambulator, 13 faizi stasionar şəraitdə göstərilib.