BAKI, 24 mart. TELEQRAF

ABŞ-nin Cekson Laboratoriyasının alimləri müəyyən ediblər ki, ASO adlı RNT fraqmentləri xərçəng şişlərinin böyüməsini maneə törədən “zəhərli” genetik elementləri aktivləşdirə bilir.

Teleqraf xəbər verir ki, araşdırmanın nəticələri "Nature Communications" (NatCom) jurnalında dərc olunub.

Xərçəng hüceyrələrinin "yuxu" rejiminə keçməsi "zəhərli ekzonlar" adlanan kiçik genetik elementlərlə əlaqələndirilir. Bu ekzonlar əsas zülalların səviyyələrini tənzimləyir, genetik proseslərə nəzarət edir və təhlükəli hüceyrə fəaliyyətinin qarşısını alır. Ancaq bu qoruyucu mexanizm tez-tez pozulur.

Tədqiqatçılar aşkar ediblər ki, xərçəng hüceyrələri "TRA2β" genindəki zəhərli ekzonun fəaliyyətini boğur. Nəticədə hüceyrə daxilində "TRA2β" zülalının səviyyəsinin artır, bu da şişin böyüməsini təşviq edir.