BAKI, 14 mart. TELEQRAF

2024-cü ildə 182 nəfər əlilliyi olan şəxsə ippoterapiya (atla müalicə) xidməti göstərilib.

Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə bildirilib ki, beynəlxalq təcrübəyə əsaslanaraq reabilitasiyaya yanaşmanın tibbi modeldən biopsixososial modelə keçidi ilə bağlı dünyada tətbiq olunan atlarla müasir reabilitasiya (ippoterapiya) metodlarının reabilitasiya mərkəzlərində tətbiqinə başlanılıb.

Ümumilikdə, 2024-cü il ərzində reabilitasiya mərkəzlərinin çarpayı fondunun doluluğu 85 faizə çatdırılıb, səyyar reabilitasiya tədbirləri çərçivəsində 2,1 min əlilliyi olan şəxsə xidmət göstərilib.