
BAKI, 15 mart. TELEQRAF
Səhiyyə Nazirliyi, İcbari Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə Milli Strategiya hazırlayır.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərlə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
O bildirib ki, bu vasitə ilə bölgələrdə hakim çatışmazlığı aradan qaldırılacaq:
"Bundan başqa, gənc mütəxəssislərin bölgələrdə işləmək istəməsinə dair siyasətimiz olmalıdır. Müəyyən araşdırmalar aparırıq. Düşnürəm ki, yekun sənəd yaxın 6-8 həftə ərzində təqdim olacaq".