BAKI, 2 mart. TELEQRAF

Amerikalı sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ-nin NATO və BMT- dən çıxmasının vaxtının çatması fikri ilə razılığını ifadə edib.

Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

İş adamı siyasi fəal Gunther Eaglemanın "ABŞ-ın NATO və BMT-dən çıxmasının vaxtıdır" yazısını bəyənərək, "Razıyam" şərhini yazıb.