BAKI, 2 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkədə ingilis dilini rəsmi dil kimi tanıyan fərman imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Sərəncamın məqsədi ölkə vətəndaşları arasında birliyi və ümumi mədəniyyəti möhkəmləndirməkdir.

ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, amerikalıların 78%-dən çoxu evdə yalnız ingilis dilində danışır, lakin milyonlarla insan ispan, çin, taqaloq və digər dillərdən istifadə edir. İspan dili əhalinin 10%-dən çoxunun ana dilidir. Əvvəllər ABŞ-da rəsmi olaraq müəyyən edilmiş dövlət dili yox idi.