YARDIMLI, 4 sentyabr. TELEQRAF

Yardımlı rayonunun yüksək dağlıq ərazisində aparılan arxeoloji qazıntılar zamanı cavan insana məxsus olduğu ehtimal edilən sümüklər aşkarlanıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Ögü kurqanında insan qalıqları ilə yanaşı, saxsı qab fraqmentləri, daş əmək aləti və ritual xarakterli əşyalar da tapılıb.

Antropoloqlar ilkin olaraq sümüklərin cavan insana, ehtimal ki, qadına məxsus olduğunu bildiriblər. Qalıqların dəqiq yaşı və cinsiyyəti araşdırmalardan sonra müəyyənləşdiriləcək.

Qazıntıların bölgədə Son Tunc və Erkən Dəmir dövründə yaşamış insanların dəfn adətləri və həyat tərzi barədə yeni məlumatlar ortaya çıxaracağı gözlənilir.