GORANBOY, 14 oktyabr. TELEQRAF
Goranboyda yol qəzası baş verib, xəsarət alanlar var.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.
"Chevrolet" markalı avtomobillə "VAZ 2107" markalı maşın toqquşub.
İlkin məlumata görə, qəza zamanı beş nəfər - Samir Abdullayev (1998), Elxan Nəsibov (1999), Röyal Məmmədov (1988), S.Bayramov (2024) və Zeynal Namazov (1991) xəsarət alıb.
Yaralılar xəstəxanalardan birinə yerləşdirlib.
Faktla bağlı araşdırma başlanılıb.