GƏNCƏ, 12 oktyabr. TELEQRAF

Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai prospektində qeydə alınıb.

"Opel" markalı avtomobil yoldan çıxaraq dayanacağa, daha sonra isə "Chevrolet" markalı maşına və digər avtomobilə çırpılıb.

Məlumata görə, qəzada Muraz Ələsgərov (1996), Ramin İbrahimov ( 1992) Samirə Bağırova (1977) və Dilbər Əsgərova (1944) müxtəlif bədən xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma başlanıb.