BAKI, 13 oktyabr. TELEQRAF

Ötən il ilk dəfə meyitdən ürək köçürülən Tovuz sakini vəfat edib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 2005-ci il təvəllüdlü Rəşad Məmmədəliyev Bakı şəhərinə müayinəyə gedərkən yolda vəziyyəti anidən pisləşib və o vəfat edib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən ilin oktyabrında Qafqazda regionunda ilk dəfə Azərbaycanda Mərkəzi Klinikanın baş həkimi Kamran Musayevin rəhbərlik etdiyi tibbi heyət tərəfindən meyit donordan ürək transplantasiyası icra edilmişdi.