YEVLAX, 16 oktyabr. TELEQRAF
Yevlaxda yol qəzası olub, yaralananlar var.
Teleqraf-ın Mərkəzi Aran bürosunun xəbərinə görə, hadisə Hacıselli kəndi yaxınlığından keçən avtomobil yolunda baş verib.
"Mercedes" markalı iki avtomobilin toqquşması zamanı maşınların hərəsi yolun bir tərəfinə düşüb. Müxtəlif bədən xəsarətləri alan iki yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.