AĞCABƏDİ, 13 oktyabr. TELEQRAF
Qarabağ suvarma kanalında batdığı ehtimal edilən 46 yaşlı Adil Əsədovun meyiti hələ də tapılmayıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə iyulun 25-də Yuxarı Qarabağ kanalının Ağcabədi rayonunun Avşar kəndindən keçən hissəsində baş verib.
1980-ci il təvəllüdlü Laçın rayon sakini Əsədov Adil Əsəd oğlunun kanalda batdığı ehtimal olunur.
Bu il iyulun 30-da kanalın Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən keçən hissəsində ona məxsus avtomobil aşkarlanıb. Lakin həmin vaxtdan onun yeri barədə məlumat əldə etmək mümkün olmayıb.