GƏNCƏ, 26 iyun. TELEQRAF

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Gəncədə hərbi orkestrin müşayiəti ilə hərbçilərin təntənəli yürüşü başa çatıb.

Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının marş sədaları altında yürüşləri və hərbi orkestrlərin ifasında səsləndirilən hərbi vətənpərvərlik mahnıları şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Şəhərin Nizami Gəncəvi prospektindən başlayan yürüş Heydər Əliyev prospekti və Cavadxan küçəsi ilə davam edib, Atatürk prospektində yekunlaşıb.

***

10:07

GƏNCƏ, 26 iyun. TELEQRAF

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar bu dəqiqələrdə Gəncədə hərbi orkestrin müşayiəti ilə hərbçilərin təntənəli yürüşü başlayıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, 26 İyun - Silahlı Qüvvələr Günündə Azərbaycan Ordusunun hərbi qulluqçularının marş sədaları altında yürüşləri və hərbi orkestrlərin ifasında səsləndirilən hərbi vətənpərvərlik mahnıları şəhər sakinləri tərəfindən böyük maraq və alqışlarla qarşılanır.

Şəhərin Nizami Gəncəvi prospektindən başlayan yürüş Heydər Əliyev prospekti və Cavadxan küçəsi ilə davam edərək Atatürk prospektində yekunlaşacaq.