Qırğızıstan Prezidenti Sadır Japarov Rusiya şirkəti “Qazprom” respublikanın qazlaşdırılması ilə bağlı öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə, ölkənin qaz infrastrukturunu yenidən dövlət nəzarətinə qaytaracağı ilə hədələyib.
Teleqraf xəbər verir ki, Japarov 2013-cü ildə Qırğızıstanın qaz sisteminin simvolik olaraq 1 dollara “Qazprom”a satıldığını xatırladıb.
“Razılaşmada "Qazprom"un bütün ölkənin qazlaşdırılması üçün vəsait ayırmalı olduğunu nəzərdə tutan bəndlər var. Lakin bu öhdəliklər indiyədək yerinə yetirilməyib. Artıq iki-üç ildir deyirəm ki, bunu etməsəniz, "Kumtor" kimi geri qaytaracağam və işi özüm görəcəyəm”, – deyə prezident bildirib.