MİNGƏÇEVİR, 3 iyun. TELEQRAF
Mingəçevirdə əksər ərazilərdə qaz təchizatı dayandırılıb. Təchizatda yaranan fasiləyə səbəb qazpaylayıcı stansiyadan çıxan "Kür" çayının sol sahil və sağ sahil hissəsini qazla təchiz edən PE 315 mm-lik orta təzyiqli qaz kəmərindən "Asan Xidmət" mərkəzinə ayrılan qaz xəttində aşkar olunmuş yeraltı qaz sızmasıdır.
Bu barədə Teleqraf-ın yerli bürosuna Tərtər Regional Qaz İstismarı İdarəsinin Mingəçevir Xidmət Sahəsindən bildirilib.
Qeyd olunub ki, 26 min 270 abonentin yaşadğı ərazidə qaz verilişi səhər saatlarından etibarən dayandırılıb.
Proses gün ərzində bərpa işləri yekunlaşanadək davam edəcək.