MİNGƏÇEVİR, 29 may. TELEQRAF
Mingəçevir Sənaye Parkının su təchizatı və kanalizasiya sistemində aparılan qoşulma işləri ilə əlaqədar şəhərin bəzi ərazilərinə su verilişi müvəqqəti dayandırılıb.
Bu barədə Teleqraf-ın yerli bürosuna Mingəçevir Şəhər Sukanal İdarəsindən məlumat verilib.
Bildirilib ki, Sənaye Parkının Samux küçəsində yerləşən müəssisəsinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması məqsədilə verilmiş texniki şərtlərin icrası çərçivəsində Samux küçəsindən keçən 400 mm diametrli magistral su xətti müvəqqəti bağlanıb.
Nəticədə Samux küçəsinin bir hissəsi, Günəşli yaşayış massivi, 502 və 594 mənzilli məcburi köçkün şəhərcikləri, eləcə də Yevlax rayonunun Havarlı, Hacıselli və Marzılı kəndlərinə gün ərzində aparılan işlər yekunlaşana qədər su verilişində fasilə olacaq.