MİNGƏÇEVİR, 15 may. TELEQRAF
Bölgələrə yağan intensiv yağıntılar Mərkəzi Aran və Şimal-Qərb ərazilərində su ehtiyatlarının artımına səbəb olub.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, ən yuxarı hədli yüksəliş Qanıx çayında qeydə alınıb. Belə ki, yağıntılar çayda suyun səviyyəsinin 56 santimetr yüksəlməsinə səbəb olub. Bölgənin ən böyük su hövzəsi olan Mingəçevir su anbarında isə son günlük artım 4 santimetr həddində müşahidə olunub. Hazırda anbarda suyun səviyyəsi 80 metr 65 santimetr təşkil edir.
Qeyd edək ki, anbarın maksimal su tutumu həddi 83 metrdir. Yağıntıların intensivliyi və su hövzələrində müşahidə olunan artım tam nəzarət altındadır.