TOVUZ, 14 may. TELEQRAF

Tovuzda yağan aramsız yağışlar və rayona düşən dolu Əhmədabad kəndində ciddi problemlərə yol açıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, qeyri-sabit hava şəraiti nəticəsində əkin sahələrinə ciddi ziyan dəyib, sel suları kəndin yollarını yuyub.

Kəndə elektrik enerjisinin verlişində fasilələr yaranıb. Hazırda rayon Fövqaladə Hallar Komisiyasının nümayəndələri əraziyə baxış keçirirlər.

Həmçinin yollar daş və çınqıldan təmizlənir.