GƏNCƏ, 8 may. TELEQRAF

Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi keçirilir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, açılış mərasimi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Niyazi Bayramov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri Otari Qvaladze, ARVK-nın sədri Anar Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkillər və media nümayəndələri iştirak edirlər.