GƏNCƏ, 27 aprel. TELEQRAF,
Gəncədə orta yaşlı qadın küçə itlərinin hücumuna məruz qalıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Belə ki,1977-ci il təvəllüdlü Pərvanə Əliyeva hücum nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda onun müalicəsi davam etdirilir. Qadının vəziyyəti qənaətbəxşdir.