Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) “24 №-li Yol İstismarı” MMC-nin balansında olan, strateji əhəmiyyətə malik körpü qəzalı vəziyyətə düşüb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, buna səbəb son günlər Qərb bölgəsinə yağan leysan xarakterli yağışlar olub.

Körpüdən Göygöl rayonunda ümumilikdə 5 min nəfər əhali istifadə edir. Belə ki, qəzalı körpü Yeni Zod–Çaykənd–Qarabulaq–Quşçu–Sarısu avtomobil yolunun üzərindədir.

Həmçinin bu körpü Goranboy rayonunun Todan, Erkəc, Mənəç və Buzluq kəndlərini birləşdirir.

Qeyd edək ki, hazırda qəzalı vəziyyətə düşən körpü 1960-cı illərdə inşa olunub.