Gəncədə 4 nəfətin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

"Unize" markalı minik maşını "Humdai" markalı avtomobillə toqquşub. İlkin məlumata görə, qəza zamanı 1998-ci il təvəllüdlü Ofelya Hüseynova, 2021- ci il təvəllüdlü J. Hüseynova, Gülnarə İsayeva və 2019-cu il təvəllüdlü U. Məmmədova müxtəlif bədən xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib. Yaralılara tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.