GƏNCƏ, 3 avqust. TELEQRAF

Gəncədə təcili yardım avtomobili qəzaya düşüb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

Təcili tibbi yardım avtomobili "VAZ- 2106" markalı maşınla toqquşub.

Qəza zamanı təcili yardım avtomobilində olan xəstə üçün əlavə avtomobil gətirilib və xəstəxanalardan birinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.