BAKI, 16 iyul. TELEQRAF
Şəmkirdə baş verən qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qazax-Tovuz regional bölməsi araşdırmalara başlayıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Bildirilib ki, AQTA-ya daxil olan məlumata əsasən, şəxslərə müvafiq tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş hesab edilərək evə buraxılıblar.
"Araşdırmalar zamanı hadisənin Şəmkir rayonunun Kür qəsəbəsində fəaliyyət göstərən "Narın Qala" restoranında baş verdiyi müəyyən olunub. AQTA əməkdaşları tərəfindən restoranın fəaliyyəti müvəqqəti dayandırılıb, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir", - məlumatda vurğulanıb.
Məryəm Surxay
***
10:17
İyulun 15-də saat 03:00 radələrində zəhərlənmə şübhəsi ilə 11 nəfər (9 qadın, 2 kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, pasiyentlərə zəruri ilkin tibbi yardım göstərilib.
Qeyd edilib ki, hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.
Məryəm Surxay
***
09:30
Şəmkir rayonunda qidadan kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə restoranlardan birində baş verib.
11 nəfər zəhərlənmə diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həmin şəxslər aşağıdakılardır:
1. Mədinə İsmayılova (1995)
2. Sevil Cəlilova (1994)
3. Gülbəniz Cəlilova (1973)
4. Leyla Qurbanova (2007)
5. Rüfət Qurbanov ( 1999)
6. Türə Daşdəmirova ( 1999)
7. Famil İsgəndərov ( 1994)
8. Aysu Abbasova (2015)
9. Rüxsarə İsgəndərova (1967)
10. Fatimə İsgəndərova (1999)
11. Rasim Şirinov (1999).
İlkin ehtimala görə, adları çəkilən şəxslər məclisdə yedikləri salatdan zəhərləniblər.
Faktla bağlı araşdırma başlanılıb.