Alünütdağ-Daşkəsən avtomobil yolunda sel suları nəticəsində çökmə baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə qəsəbə daxili 3 km-lik avtomobil yolunun 2-ci km də qeydə alınıb.

Problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Ərazi çəpərlənib. Rayon Fövqaladə Hallar Komissiyası və 31 saylı Yol İstismarı MMC tərəfindən tədbirlər görülür.

Ərazidən qaya parçaları götürülüb, həmçinin yolun genişləndirilməsi işləri görülür. Hazırda gediş-gəliş təmin olunub.

Məlumat üçün bildirək ki, Gəncə və ətraf rayonlarda yağışlı hava şəraiti davam edir.