GÖYGÖL, 7 aprel. TELEQRAF
Göygöl rayonunda yanan evlərin sahibləri danışıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, ev sahiblərindən biri Svetlana Məmmədova yanğının bir anda baş verdiyini deyib.
"Gecə saat 3 radələri idi. Bir də gördüm evlər yanır. Tələsik çıxmaq istədim gördüm alov ətrafı götürüb. Tez Ənvəri çağırdım. Məni çıxara bildi. Əlimdə, üzüm də yanıb"
Bir digər sakin Ənvər Kərimov isə bildirir ki, yanğın evlərin dam örtüyündən başlayıb.
"On dəqiqə içərisində evin dam örtüyü yandı. Mənim özümü qonşu çıxardı. Böyük ehtimal hadisə işıqdan baş verib."
Məlumat üçün bildirək ki, M. Rəsulzsdə küçəsində qeydə alınan yanğın zamanı bir-birinə bitişik üç ev yanıb. Həmin evlər almanlar tərəfindən inşa edilən tikililərdir.
Qeyd edək ki, Göygöl şəhərində bitişik tikilən birmərtəbəli evlərdən, ümumi sahəsi 70 m² olan evin dəhlizinin tavanı 25 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə, ümumi sahəsi 120 m² olan evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə, ümumi sahəsi 70 m² olan evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə, ümumi sahəsi 200 m² olan evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə və bitişik ümumi sahəsi 90 m² olan talvarın yanar konstruksiyaları yanıb. Evlərin qalan hissəsi və bitişik digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.