AĞSTAFA, 19 iyul. TELEQRAF

Gecə saatlarında Ağstafa rayonunun Dağ Kəsəmən kəndinə sel gəlib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, yağışdan sonra gələn sel suları bir sıra problemlər yaradıb.

Arxların daşması nəticəsində kəndarası yollar keçilməz olub.

Sel suları sakinlərin həyətyani sahələrini də basıb.

Hazırda yaranan vəziyyətin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Əraziyə ağır texnikalar cəlb olunub. Təmizlənən arxların kənarına bəndlər vurulur.