GƏNCƏ, 31 oktyabr. TELEQRAF

Gəncə sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

1958-ci il təvəllüdlü Cavid Əliyevi yaşadığı evdə elektik cərəyanı vurması nəticəsində ölüb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlə Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.