TOVUZ, 10 mart. TELEQRAF

Tovuzda təcili yardım avtomobili qəzaya düşüb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, yol nəqliyyat hadisəsi rayonun Aşagı Öysüzlü ərazisində qeydə alınıb.

Belə ki, Qovlar şəhərinə çağrışla əlaqədar yardıma gedən "UAZ" markalı Təcili Tibbi Yardım avtomobili qəfl qarşısına çıxan "VAZ 21011" markalı avtomobillə toqquşub. Hadisə zamanı TTY-nin fedşeri 36 yaşlı Elvina İsazadə xəsarət alıb.

Dərhal onu digər Təcili yardım vasitəsinin köməyi ilə rayon mərkəzi xəstəxanasına çatdırıblar. Hazırda xəstənin vəziyyəti stabildir Hadisə yerinə YPX cəlb olunub araşdırma aparılır.