BAKI, 5 may. TELEQRAF

Ədliyyə naziri Fərid Əhmədov tərəfindən imzalanan müvafiq əmrlə Rusif Əlövsət oğlu Quliyev Şəmkir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, təyinata əsasən, Rusif Quliyev artıq vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Rusif Quliyev bundan əvvəl, 2018-ci ildən etibarən Bərdə rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsində çalışıb.