BAKI, 30 mart. TELEQRAF
Səhiyyə Nazirliyinin nəzdində Gəncə Şəhər Psixiatriya Xəstəxanasına yeni baş həkim təyin olunub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, müvafiq əmrlə Zeynal Məmmədov sözügedən qurumun baş həkimi vəzifəsinə gətirilib.
Bu barədə Səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Yeni baş həkim bunadək Maştağa Psixatriya Xəstəxanasında həkim olaraq çalışıb.
Məlumat üçün bildirək ki, ötən ilin dekabr ayından bu yana Gəncə Şəhər Psixiatriya Xəstəxanasına təyin olunan sayca üçüncü baş həkimdir. Daha əvvəl Yaqut İlyasova, yanvar ayında isə həkim-psixiatr Sultanə Salmanova baş həkim əvəzi kimi təyinatı almışdı.