​ŞƏMKİR, 13 mart. TELEQRAF

Şəmkirdə 43 yaşlı qadın dərmandan zəhərlənib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, zəhərlənmə faktı rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Kənd sakini, 1982-ci il təvəllüdlü Ş.H yaşadığı ünvanda müalicəsi üçün istifadə olunan dərman həblərini normadan artıq qəbul etməsi səbəbindən zəhərlənib.

Hazırda zərərçəkənin vəziyyəti orta ağırdır və müalicəsi xəstəxanada davam etdirilir.