GƏNCƏ, 11 mart. TELEQRAF

Bu gün saat 12:00 radələrində 2010-cu il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

İlkin tibbi yardım göstərilən şəxs ixtisaslı tibbi xidmət almaq üçün Uşaq Xəstəxanasına təxliyə olunub.

Baş-beyin silkələnməsi, dirsək oynağının sınığı diaqnozu təyin edilən pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.

***

13:52

Gəncədə yeniyetməni maşın vurub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, yolu keçmək istəyən Şəmkir rayon sakini 15 yaşlı E.R-ni avtomobil vurub.

Yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilən yeniyetmənin vəziyyəti orta-ağırdır.