GƏNCƏ, 10 mart. TELEQRAF

Gəncədə ödəmə terminalını oğurlayan şəxs saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikiləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisindəki mağazalardan birindən “E-manat” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı E.Rəsulov saxlanılıb.

İstintaq tədbirləri davam etdirilir.