BAKI, 4 iyul. TELEQRAF

"Azərbaycanda Vahid İstintaq Komitəsi yaradılmalıdır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev “Polis haqqında” qanuna dəyişiklik edilməsi barədə layihənin ikinci oxunuşu zamanı deyib.

O qeyd edib ki, əldə olunan uğurlarla yanaşı, nöqsanlar da müzakirə edilməlidir:

“Azərbaycanda 8 müxtəlif dövlət orqanında istintaq komitəsi var. Qonşu dövlətlərdə olduğu kimi, bizdə də vahid istintaq komitəsi yaradılmalıdır”.