BAKI, 12 oktyabr. TELEQRAF

Səudiyyə Ərəbistanı Avropa İttifaqından (Aİ) Qırmızı dənizdəki “Aspides” dəniz missiyasını gücləndirməsini və Bab əl-Məndəb boğazında gəmilərin müşayiət olunmasına kömək etməsini istəyib.

Teleqraf xəbər verir ki, bu barədə Aİ Xarici İşlər Xidmətinin rəhbəri Kaya məlumat verib.

“Ər-Riyad Aİ-dən Qırmızı dənizdəki “Aspides” missiyamızı gücləndirməyimizi və missiyanın Səudiyyə Ərəbistanı qüvvələri ilə sıx əməkdaşlığı çərçivəsində gəmilərin Bab əl-Məndəb boğazından təhlükəsiz keçidinə kömək etməsini xahiş edib”, - o bildirib.

Kallaş Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatı (husilər) tərəfindən Ər-Riyad hava limanına endirilən zərbələri qınayıb.