BAKI, 12 oktyabr. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Kralı Əlahəzrət VI Felipeyə təbrik məktubu ünvanlayıb.
Teleqraf xəbər verir ki, təbrikdə deyilir:
"Əlahəzrət,
İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost İspaniya xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".