BAKI, 12 oktyabr. TELEQRAF

Türk xalqlarının ortaq mədəni irsinin qorunması, onun mənimsənilməsinin və təhrif olunmasının qarşısının alınması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən biri olmalıdır.

Teleqraf xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına ünvanladığı müraciətdə bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda əqli mülkiyyət hüququnun əsasları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulub və sonrakı illərdə daha da təkmilləşdirilib.