BAKI, 12 oktyabr. TELEQRAF
İngiltərə millisinin və “Arsenal”ın hücumçusu Alessia Russo 2025-2026 mövsümünün ən yaxşı qadın futbolçusu seçilib.
Teleqraf xəbər verir ki, 27 yaşlı forvard azarkeşlər arasında keçirilən səsvermədə Lüsi Bronz və Hanna Hemptonu qabaqlayaraq mükafata layiq görülüb.
Bu, Russoun karyerasında ikinci dəfə İngiltərə millisinin ilin futbolçusu mükafatını qazanmasıdır. O, daha əvvəl 2023-2024 mövsümündə də bu ada layiq görülüb.
İngiltərə Premyer Liqasının qadınlar arasında keçirilən son mövsümündə ən çox qol vuran ingilis futbolçu olan Russo 13 qola imza atıb və 6 məhsuldar ötürmə edib.
Hücumçu İngiltərə millisinin dünya çempionatının seçmə mərhələsində keçirdiyi 6 oyunun hamısında start heyətində yer alıb və 3 qol vurub.