BAKI, 12 oktyabr. TELEQRAF
Çexiya Azərbaycanla nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişafında maraqlıdır.
Teleqraf xəbər verir ki, bunu Çexiyanın nəqliyyat naziri İvan Bednarik bu gün Bakıda keçirilən Azərbaycan-Çexiya Biznes Forumunda bildirib.
O, Azərbaycanın regionda strateji tərəfdaş kimi əhəmiyyətini vurğulayıb, nəqliyyat əlaqələrinin və logistika imkanlarının inkişafının vacibliyinə diqqət çəkib.
Nazir, həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və nəqliyyat sahəsində birgə layihələrin həyata keçirilməsi üçün imkanların olduğunu qeyd edib.