BAKI, 12 oktyabr. TELEQRAF
“Green City İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) icraçı direktoru İxtiyar Dövlətxan oğlu Soltanov məhkəmə qətnaməsini icra etməməkdə ittiham olunub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Bakı Kommersiya Məhkəməsinin 2025-ci il tarixli icra vərəqəsinə əsasən, “Green City İnşaat” MMC-dən digər MMC-nin xeyrinə 24178,88 manat pul vəsaiti tutulmalı olması müəyyən edilib.
İcra sənədi Binəqədi rayon İcra şöbəsinin icra məmurunun icraata qəbul edilib. Lakin borclu tərəfindən könüllü icra üçün müəyyən olunmuş müddətdə icra edilməyib.
İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu hüquqi şəxsin rəhbəri İxtiyar Soltanov ilə əlaqə saxlanılıb, icra sənədinin tələbləri və icra edilməməsinin hüquqi nəticələri izah olunub.
Buna baxmayaraq, borclu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcu əsassız hesab etdiyini bildirərək ödəniş etməkdən imtina edib. İcra sənədinin icrası məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş məcburi icra tədbirləri görülüb, borclunun bank hesabları üzərinə həbs qoyulub.
Lakin icra sənədinin tələbləri yerinə yetirilməyib. Bu səbəbdən Soltanovun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Soltanov 1200 manat məvbləğində cərimə olunub.