BAKI, 12 oktyabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın 108 fiziki və 48 hüquqi şəxsinə qarşı növbəti sanksiyaların tətbiqi ilə bağlı fərmanlar imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Zelenskinin saytında dərc olunan fərmanlara əsasən, sanksiyalara məruz qalan 108 fiziki və 48 hüquqi şəxsin əksəriyyəti Rusiya vətəndaşları və rezidentləridir.
Siyahıya, həmçinin iki gəmi daxil edilib. Hüquqi şəxslər arasında əsasən maliyyə, texnologiya və konsaltinq şirkətləri yer alır.