BAKI, 12 oktyabr. TELEQRAF
“Gürcüstan hakimiyyəti ilə münasibətləri yenidən qurmağı çox istəyirik, amma bunun üçün onlar müəyyən addımlar atmalıdırlar”.
Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Lüksemburqda Avropa İttifaqı xarici işlər nazirlərinin görüşündən əvvəl deyib.
“İrəliləmək əvəzinə, qəbul etdikləri çoxsaylı qanunlarla geriyə gedirlər. Buna görə də Avropa dəyərlərinə doğru hərəkət etməyənədək onlarla münasibətlərimizi dərinləşdirmirik. Bununla belə, Gürcüstan xalqı üçün çox vacib mesajımız var: hakimiyyətlə əməkdaşlıq etməsək də, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edir və xalqı dəstəkləyirik. Bir çox sahədə yardım göstəririk və bunu gələcəkdə də davam etdirəcəyik. Gürcüstanın Avropa İttifaqı üzvlüyünə namizəd statusunun yalnız kağız üzərində deyil, realda da olması yaxşı olardı. Amma bunun üçün hər iki tərəfin səyləri lazımdır”, - Kos bildirib.